Co Baydenə qarşı cinayət işi açıldı

Co Baydenə qarşı cinayət işi açıldı

Ukrayna Dövlət İstintaq Bürosunda ABŞ-ın eks vitse-prezidenti Cozef Baydenə qarşı cinayət işi açılıb.

“Qafqazinfo” “İnterfaks Ukrayna”ya istinadən xəbər verir ki, cinayət işinin açılmasına səbəb Cozef Baydenin Baş prokuror Viktor Şokinə təzyiq göstərməsi olub.

Şokin 2019-cu ilin sentyabrında ona qarşı cəhd olunan sui-qəsdin təşkilində Baydenin iştirakından şübhələndiyini deyib. Həmçinin o bildirib ki, ABŞ-ın təzyiqi nəticəsində neft-qaz şirkəti “Burisma Holdings”in qanunsuz fəaliyyəti ilə bağlı araşdırmanı dayandırmalı olub.

Qeyd edək ki, Cozef Bayden 2018-ci ildə Viktor Şokinin vəzifəsindən çıxarılmasında da ciddi rolu olduğunu açıqlamışdı.

Orxan Məmməd

Mənbə: qafqazinfo.az