Qırğızıstan mətbuatında Xocalı soyqırımı ilə bağlı yazılar dərc olunub

Qırğızıstan mətbuatında Xocalı soyqırımı ilə bağlı yazılar dərc olunub

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Qırğızıstanın “Kabar” milli informasiya agentliyində, “Veçerniy Bişkek”, “Qırğız tuusu” qəzetində və digər KİV-lərdə informasiyalar, məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, “Veçerniy Bişkek” qəzetində baş redaktorun birinci müavini, tanınmış jurnalist Nina Niçiporovanın Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən təşkil edilən anım mərasimi haqqında geniş məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Xocalı soyqırımı ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə bəşər tarixinə daxil olub.

Bildirilir ki, təqsirini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq”.

Tədbir, həmçinin Türkiyənin aparıcı KİV-lərində: “TRT AVAZ” televiziya kanalı, “Pusula”, “Beyaz”, “Milat” qəzetlərində, “Konhaber” internet qəzetində, sondakika.com, haberler.com, “Timeturk” xəbər portallarında və digər saytlarda, ümumiyyətlə 20-dən çox nəşrdə işıqlandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Mənbə: azertag.az