Hindularla müsəlmanlar arasında qarşıdurma nəticəsində 32 nəfər həyatını itirib

Hindularla müsəlmanlar arasında qarşıdurma nəticəsində 32 nəfər həyatını itirib

Hindistannın paytaxtında günlərdir hindularla müsəlmanlar arasında davam edən toqquşmalar nəticəsində 32 nəfər öldürülüb və 200-dən çox insan yaralanıb. Cümə axşamı əraziyə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Onlar baş nazir Narendra Modinin insanları sakitləşdirmək üçün çağırış etməsindən sonra yeni zorakılıqların qarşısını almaq məqsədilə Yeni Dehlinin şimal-şərqindəki küçələrdə patrul edib.

Müxalifət liderləri hökuməti zorakılıqların qarşısı almaq üçün kifayət qədər səy göstərmədiyinə görə tənqid edib. Cümə axşamı ana müxalifət Konqres partiyası daxili işlər naziri Amit Şahı vəzifəsini yerinə yetirmədiyi üçün istefa etməyə çağırıb.

Modi çərşəmbə günü Twitter hesabında belə yazıb:

“Sülh və harmoniya bizim mədəniyyətimizin mərkəzidir. Mən Dehlidəki bacı və qardaşlarımı hər zaman sülhü və qardaşlığı qorumağa çağırıram. Sakitliyin və normallığın ən yaxın zamanda bərpa olunması vacibdir.”

Toqquşma müsəlman etirazçıların yeni vətəndaşlıq qanununa etiraz etmək üçün Yeni Dehlidə bir məhəlləni ələ keçirməsiylə başlayıb. Bu yeni qanuna əsasən, Hindistanda qeyri-qanuni yaşayan hindular, xristianlar və digər dini azlıqlar müsəlmanların əksəriyyət təşkil etdiyi Banqladeş, Pakistan və Əfqanıstan kimi ölkələrdə dinlərinə görə təqib edildiklərini sübut edə bilsələr, Hindistan vətəndaşı ola bilərlər. Bu qanun müsəlmanları istisna edir.

Etirazçılar yeni qanunu açıq ayrı-seçkilik adlandırırlar. Onlar həm də qanunun bütün hindistanlılardan vətəndaşlıqlarını sübut edəcək sənədləri təqdim etmələrini tələb edən reyestrin yaranmasına etiraz edirlər.

Modi hökuməti qanunların heç kəsi ayrı-seçkilik səbəbilə həsəf almaq məqsədi daşımadığını və yalnız başqa ölkələrdə təqib edildiyini söyləyən qeyri-müsəlmanların qorunmasını təmin etmək üçün nəzərdə tutulduğunu söyləyib.

Mənbə: www.amerikaninsesi.org