Avropadan Türkiyəyə qarşı gözlənilməz addım

Avropadan Türkiyəyə qarşı gözlənilməz addım

Avropa Birliyi (AB) Kiprin iqtisadi bölgəsində “qeyri-qanuni” fəaliyyətlərindən dolayı Türkiyəyə sanksiyaları genişləndirib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin rəsmi qəzetində məlumat verilib.

Belə ki, qardaş ölkənin Şərqi Aralıqda qazma-axtarış işlərindən dolayı iki Türkiyə vətəndaşı qara siyahıya salınıb.

Həmin şəxslərin AB ərazisində olan maliyyə hesabları dondurulub.

Mənbə: axar.az