Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk

Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk

Uşaqların sülh və rifah şəraitində yaşaması, gələcək nəsillərin hazırkı resurslardan faydalanması zəruridir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, BMT yarananda məqsəd növbəti dünya müharibəsinin qarşısının alınması idi. Bunun qarşısı alındı. "Ancaq qlobal istiləşmə, münaqişələr, o cümlədən koronavirus kimi problemlərin qarşısını almaq üçün əməkdaşlıq lazımdır. BMT bütün çətinlikləri aradan qaldıra bilmir, bunun üçün üzv dövlətlərdən dəstək, o cümlədən maliyyə dəstəyi lazımdır. Mən tərəfdaşlığa görə, Azərbaycan hökumətinə, xalqına təşəkkür edirəm. Azərbaycan BMT tədbirlərinə ev sahibliyi edib. Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk. Əgər biz əvvəllər Azərbaycana humanitar yardım göstərirdiksə, indiyə fəaliyyət istiqamətimiz dəyişib. Biz Azərbaycanın potensialının artmasına dəstək oluruq”, - deyə Q.İshaqzai vurğulayıb.

Mənbə: azertag.az