Ermənistanda etiraz aksiyası: “Paşinyanı seçdik ki, yaxşı olsun, vəziyyət daha da pisləşdi”

Ermənistanda etiraz aksiyası: “Paşinyanı seçdik ki, yaxşı olsun, vəziyyət daha da pisləşdi”

Ermənistanda Polis hospitalının əməkdaşları hospitalın ləğv olunmasından narazıdır. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar hospital qarşısında hospitalın bağlanmaması və kadr qırğınının dayandırılmasını tələb edərək etiraz aksiyası həyata keçiriblər.

Hospital əməkdaşları qeyd ediblər ki, onların “Hospital fəaliyyət göstərməyə davam etməlidir” tələbi yerinə yetirilməyənə qədər mübarizə dayanmayacaq.

“Paşinyanı seçdik ki, yaxşı olsun, vəziyyət daha da pisləşdi”, - deyə hospital əməkdaşlarından biri bildirib.
 

 

Mənbə: ordu.az