Rusiyanı türk ordusuna hücum üçün onlar aldadılıb – Arkov

Rusiyanı türk ordusuna hücum üçün onlar aldadılıb – Arkov

Türk hərbi birləşmələrinin münaqişə zonasında yerləşməsi barədə qəsdən Rusiya tərəfinə yanlış məlumatlar ötürülüb. Bu, Türkiyə ordusundakı Fətullah Gülənlə (FETÖ şəbəkəsi nəzərdə tutulur – red.) əlaqəli ayrı-ayrı komandirlərin şəxsi təşəbbüsü ilə türk hərbiçilərin yerlərini terrorçuların olduğu yer kimi nişan verməklə baş tutub.

Bu sözləri Axar.az-a ekslüziv açıqlamasında rusiyalı politoloq, PolitRUS analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

Arkov bu məlumatın az sonra təsdiqlənəcəyinə əmin olduğunu iddia edib. Onun sözlərinə görə, bu hal türk ordusu sıralarında hələ də gülənçilərin olmasına dəlalət edir:

“Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya qırıcısı vurulanda da bunun arxasından gülənçilər çıxmışdı. İndi də eyni hadisə təkrarlanır”.

Rusiyalı politoloq fürsətdən istifadə edib, bütün türk xalqına əsgərlərin ölümü ilə bağlı başsağlığı verib.

Yenilənəcək...

Mənbə: axar.az