Lukaşenko koronavirusa görə sərhədləri bağlamaqdan imtina etdi

Lukaşenko koronavirusa görə sərhədləri bağlamaqdan imtina etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ölümcül SARS-CoV-2 virusunun aşkarlanması səbəbindən sərhədləri bağlamaqdan imtina edib.

“Qafqazinfo” “Belta.by” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı buna ehtiyacın olmadığını söyləyib.

“Bu, boş şeydir”,- deyə o, Belarus Həmkarlar İttifaqları Federasiyasının qurultayında bildirib.

Qeyd edək ki, 28 fevralda Belarusda ilk dəfə koronavirusa yoluxma faktı qeydə alınıb.

 

 

Mənbə: qafqazinfo.az