Makron koronavirusla mübarizədə qlobal əməkdaşlığa çağırıb

Makron koronavirusla mübarizədə qlobal əməkdaşlığa çağırıb

Koronavirus beynəlxalq sərhədlərdə dayanmır, onunla mübarizə aparmaq üçün effektiv beynəlxalq əməkdaşlıq qurmaq lazımdır...

Koronavirus beynəlxalq sərhədlərdə dayanmır, onunla mübarizə aparmaq üçün effektiv beynəlxalq əməkdaşlıq qurmaq lazımdır.

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb.

"Virusla bağlı vəziyyət hamımıza təsir göstərir və bu problem beynəlxalq və Avropa əməkdaşlığı çərçivəsində həll edilə bilər. Bu bəzilərini məyus etsə də, koronavirus sərhəddə dayanmır", Makron İtaliyanın Baş naziri Cüzeppe Konte ilə birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, İtaliya və Fransa Avropada koronavirusa yoluxanların sayına görə liderdir - 650 və 38 yoluxma halı. Fransada iki, İtaliyada 17 nəfər ölüb.

Mənbə: www.interaztv.com