İdlib hücumuna Avropadan ilk reaksiya

İdlib hücumuna Avropadan ilk reaksiya

İdlibdə baş verən son prosesləri qınayırıq.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Əsəd rejimi və tərəfdarlarının təşkil etdiyi hücumlar təkcə terrorla mübarizəyə qarşı deyil, eyni zamanda humanitar böhran yaradır. Səhiyyə mərkəzlərinin dağıdılması, beynəlxalq humanitar qanunun pozulması və mülki vətəndaşlara qarşı hücumlar qəbul edilməzdir”, – Prezident bildirib.

Qeyd edək ki, ötən gecə Suriya rejim qüvvələrinin idlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.

Mənbə: axar.az