DOST Agentliyinin 28 əməkdaşına YAP-ın üzvlük vəsiqəsi təqdim edilib

DOST Agentliyinin 28 əməkdaşına YAP-ın üzvlük vəsiqəsi təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri Anar Əliyev, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov iştirak ediblər. "Olaylar" xəbər verir ki, Anar Əliyev bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni möhtəşəm nailiyyətlər əldə etməsinə dəyərli töhfələrini verir. Hazırda Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan YAP-nın cəmiyyətdə böyük nüfuzunun göstəricisidir ki, Partiyaya üzv olanların sayı artıq 800 mindən çoxdur.

A.Əliyev YAP-ın S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının fəaliyyətini də qeyd edib. Bildirib ki, ərazi ilk partiya təşkilatı Partiyanın ümdə prinsiplərinə uyğun quraraq, fəaliyyətini daim gücləndirir. Hazırda nazirlik sistemində çalışanlardan 5700-ə yaxını Partiyanın üzvüdür, onlardan 458-i YAP Yasamal rayon təşkilatında qeydiyyatdadır. Eyni zamanda, yeni yaranan qurum olmasına baxmayaraq, nazirlik yanında DOST Agentliyi üzrə də əməkdaşlardan demək olar ki, yarısı - 116-sı YAP üzvüdür. Nazir müavini deyib ki, bu günkü iclasın gündəliyində də əsas məsələ DOST Agentliyinin daha 28 əməkdaşının müraciəti əsasında onlara Partiyanın üzvlük vəsiqələrinin təqdim edilməsidir. Sonra üzvlük vəsiqələri təqdim edilib.

 

Mənbə: olaylar.az