İl ərzində 1150 özbək qızı Türkiyə vətəndaşı ilə evləndi

İl ərzində 1150 özbək qızı Türkiyə vətəndaşı ilə evləndi

2019-cu il ərzində Türkiyədə 1550 özbək qız evlənib. Eyni zamanda Özbəkistandan olan 11 gənc türk qadınlarla ailə qurub.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu rəqəmlər Türkiyə Statistika Təşkilatının evlilik və boşanma ilə bağlı hesabatında əksini tapıb.

Sənədə görə, ötən il Türkiyə vətəndaşları əsasən Suriya (14,5%), Azərbaycan (11,7%), Almaniya (10,5%) və Mərakeşdən (7,8%) olan qızlarla evləniblər.

Özbək gəlinləri bu siyahıda 6,7% səslə beşincidir.

Xarici bəylər arasında liderlər Almaniya (31%) və Suriya (16.4%) vətəndaşlarıdır.

Mənbə: konkret.az