İslam mədəniyyətində birgəyaşayış təcrübəsi müzakirə olunacaq

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi müzakirə olunacaq

Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə aprelin 16-17-də “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı mövcud imkanları müəyyənləşdirmək, müsəlman cəmiyyətləri arasında birgəyaşayış təcrübələrindən istifadə etməklə, xüsusilə bu sahədə mütəxəssislərin və elmi tədqiqatların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Simpozium, eyni zamanda, İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatlara töhfə vermək, Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etmək məqsədi daşıyır.

Mənbə: azertag.az