ABŞ ordusunun azərbaycanlı komandirindən – Türkiyəyə dəstək

ABŞ ordusunun azərbaycanlı komandirindən – Türkiyəyə dəstək

Dualarımız müttəfiqimiz Türkiyənin, Suriya rejimi və dəstəkçiləri tərəfindən şəhid edilən türk əsgərləri və onların ailələrinin yanındadır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın NATO Ballistik Raketlərə qarşı Müdafiə Sistemində Xarici Əlaqələr Bürosunun direktoru azərbaycanlı Con Nəimi Əmirəl bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrində Xarici Əlaqələr üzrə Komandiri sosial şəbəkədəki paylaşımında “Şəhidlərimizin məkanları cənnət olsun” qeydini yazıb.

Xatırladaq ki, Con Nəimi Əmirəl əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda xidmət edir. Pentaqonda F35 tipli Qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə işləyib. Həmçinin, NATO-nun Əfqanıstan üzrə Təlim Misssiyasında yüksək vəzifələrdə çalışıb.

Mənbə: teleqraf.com