“Rusiya və Türkiyə arasında baş verənlər Cənubi Qafqazda hökm sürən vəziyyətə təsir edə də bilər” – EKSPERTLƏR

“Rusiya və Türkiyə arasında baş verənlər Cənubi Qafqazda hökm sürən vəziyyətə təsir edə də bilər” – EKSPERTLƏR

“Suriya ərazisində öz missiyasını həyata keçirmək Rusiya üçün getdikcə daha da çətinləşir və son həftələrdə orada partlayış təhlükəli vəziyyət yaranıb”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rus şərqşünas Aleksey Malaşenko deyib.

Malaşenkonun sözlərinə görə, Qarabağ münaqişəsi qonşu zonalarda baş verən inkişaflardan tam şəkildə ayrıla bilməz.

“Bunlar Rusiya-Qərb, Türkiyə-Qərb, Rusiya-Türkiyə, Türkiyə-Azərbaycan, Ermənistan-Rusiya, İran-Qərb münasibətlərində hər gün yeni gündəm formalaşdırır. Suriyada Rusiya və Türkiyə arasında baş verənlər Cənubi Qafqazda hökm sürən vəziyyətə təsir edə də bilər, etməyə də. Hesab edirəm, bu halda o, gərginliyin nə qədər dərinləşəcəyindən asılı ola bilər. Tərəflərin gərginliyi azaltmaq məqsədilə növbəti müddət təyin edəcəklərini düşünməyə meyilliyəm”, - deyə digər bir rus şərqşünas Viktor Nadein-Raevski bildirib.

Malaşenkonun sözlərinə görə, münaqişə zonasında bu cür vəziyyətlərdə böyük diqqətlə monitorinq həyata keçirən Minsk qrupu var.

“Üstəlik, hazırda tərəflər arasında təmaslar mövcuddur ki, bu da ən azından ünsiyyət qurmaq istəyi deməkdir, bu, ilk növbədə, bu mərhələdə böyük toqquşmalar ehtimalını azaldır”, - deyə Malaşenko qeyd edib.
 

 

Mənbə: ordu.az