Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin baş tutan telefon danışığında Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün görüşməyə razılıq veriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Türkiyə lideri həmçinin ABŞ, Almaniya və Fransa rəhbərləri ilə də telefon danışıqları aparmaq niyyətindədir.
Mənbə: report.az