HVAV rəhbəri: “Hüquq-mühafizə sistemində kəskin dəyişikliklər lazımdır”

HVAV rəhbəri: “Hüquq-mühafizə sistemində kəskin dəyişikliklər lazımdır”

“Ermənistanın hüquq-mühafizə orqanlarında xainlərin olması məsələsinə konkret şəkildə dəfələrlə toxunulub ki, hüquq-mühafizə sistemi və hər hansı hüquq-mühafizə orqanında hakimiyyət dəyişikliyindən sonra hakimiyyət dəyişikliyinə qədər fəaliyyət göstərən hər hansı korrupsion sxem aşkara çıxarılmayıb”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Paşinyanın bir neçə gün bundan öncə korrupsiyaya qarşı mübarizə mövzusunda müşavirə keçirməsi məsələsində toxunarkən deyib.

Qeyd edək ki, Paşinyan müşavirədə Ermənistanın hüquq-mühafizə sistemində xainlərin olduğunu bildirib.

“Mən ilk növbədə Milli Təhlükəsizlik Xidmətini nəzərdə tuturam. MTX keçmiş direktorun, yeni MTX generalının rəhbərliyi ilə bayraq daşıyıcılarını korrupsiyaya qarşı mübarizəyə çıxarmağa çalışırdı, lakin MTX dairəsində ən azı bir korrupsiya sxemi belə aşkara çıxarılmadı. Polis, prokurorluq, Dövlət Gəlirləri Komitəsini də nəzərdə tuturam, hələ dövlət idarəçiliyinin qalan halqaları barədə danışmıram”, - deyə Sakunts qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az