ABŞ koronavirusa görə ən böyük hərbi bazasını bağladı

ABŞ koronavirusa görə ən böyük hərbi bazasını bağladı

ABŞ koronavirusun yayılmasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Cənubi Koreyadakı hərbi bazasını bağlayıb. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, ABŞ-ın xaricdəki ən böyük hərbi bazasıdır.

Daha əvvəl Cənubi Koreyadakı ABŞ Silahlı Qüvvələri (USFK) bir əsgərinin, habelə Silahlı Qüvvələrin zabitlərindən birinin və ailə üzvlərinin koronavirusa yoluxduğunu təsdiqləyib. İki ölkə koronavirusla əlaqədar birgə təlimləri təxirə salıb.

Xatırladaq ki, Cənubi Koreyada ABŞ-ın 28,5 min əsgəri var.

Pərvanə Sultanova

Mənbə: azvision.az