Türkiyə "Kaplan"ı ilk dəfə İdlibdə: Əsəd rejimini... - Video

Türkiyə "Kaplan"ı ilk dəfə İdlibdə: Əsəd rejimini... - Video

Türkiyə Quru Qoşunları Komandanlığının inventarında olan TRG-300 Kaplan raketləri ilk dəfə İdlibdə düşmənin müəyyən edilmiş hədəflərini məhv edib.

Axar.az xəbər verir ki, sözügedən raketlərlə Əsəd rejiminin mövqeləri darmadağın edilib.

120 km-lik mənzilə sahib “Kaplan” hədəfin dəqiq müəyyən edilməsi və məhvetməsi ilə diqqət çəkir.

Bundan əlavə, türk ordusu 500 kq ağırlığında "Qasırğa" və "Bora" tipli raketlərlə Həma şəhəri yaxınlığında düşmən mövqelərinə zərbələr endirib.

 

Mənbə: axar.az