Polşanın keçmiş prezidentindən Qərbi şoka salan AÇIQLAMA

Polşanın keçmiş prezidentindən Qərbi şoka salan AÇIQLAMA

Polşanın keçmiş prezidenti Lex Valensa Varşava ilə Moskvanın barışmasının Qərbi şoka salacağını söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı o, RT-yə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, sərhədlərin bölünməsi dövrü çoxdan keçib, hazırda bütün diqqət texnologiyaya, qloballaşmaya, informasiyaya yönəlib.

“Rusiya ilə barışıq lazımdır. Bu mərhələni başa çatdırmalı və qurmağa başlamalıyıq … Əgər Rusiya ilə razılığa gələ bilsəydik, bu, bütün Avropanı, o cümlədən ABŞ-ı şoka salardı ” deyib.

O qeyd edib ki, Vaşinqton Moskva ilə Varşavanın fikir ayrılığından öz məqsədləri üçün istifadə edir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az