Türkiyə ilə qarşıdurma yaransa, Rusiya nə edəcək? - FSB generalı od saçdı

Türkiyə ilə qarşıdurma yaransa, Rusiya nə edəcək? - FSB generalı od saçdı

FSB veteranı, general-mayor və Rusiya Zabitləri Mərkəzi İcraiyyə Komitəsinin sədri Aleksandr Mixaylov Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsini şərh edib və Türkiyənin Suriya ordusuna qarşı hərbi əməliyyatlarının Rusiyaya təsir edə biləcəyindən narahat olduğunu bildirib.

"Türklər həmişə öz maraqlarını güdürlər, onlara etibar etmək olmaz", - Sntat.ru Mixaylovun sözündən sitat gətirib. Ekspert qeyd edib ki, Türkiyə hərbçiləri İdlibdə "yayılmağa başlayıblar" və indi onların hərəkətləri çox gözlənilməz ola bilər.

Qaynarinfo xəbər verir ki, Mixaylov Türkiyənin Boğaziçi və Çanaqqala boğazını bağlayacağı təqdirdə nə olacağına dair sualı da cavablandırıb:

"Artıq onlara deyilib ki, bizə boğazda bir əngəl yaratsalar, biz onlara elə öz ərazilərində ikisini yaradarıq", - cavabını verən Mixaylov Türkiyənin bütün hallarda nəticələri özü üçün hesablayacağını deyib.

"Onlar Rusiya qoşunlarına qarşı eskalasiyaya başlasalar, lazımi cavab alacaqlar", - general bildirib.

Mixaylov həmçinin NATO-nun İdlibdəki hadisələr səbəbindən vəziyyəti gərginləşdirməyəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, Alyans yalnız bəyanatlarla kifayətlənəcək, çünki NATO-ya üzv heç bir ölkə Türkiyəyə görə Suriyada canlı qüvvəsinin ölümündə maraqlı deyil.

Eyni zamanda, FSB veteranı ölkəsinin hazırda çətin vəziyyətə düşdüyündən, eləcə də sonsuz maraq və resurslara sahib olmadığından Rusiyanın eskalasiyaya ehtiyacı olmadığını vurğulayıb. "Ancaq yenə də bu, Türkiyənin özünün mövqeyindən asılıdır", - deyən Mixailov, Ankaranın meydanın hər iki tərəfində oynamağa çalışdığını söyləyıb.

Mənbə: qaynarinfo.az