ABŞ Suriyada Türkiyəyə kömək etməyə başlayacaq

ABŞ Suriyada Türkiyəyə kömək etməyə başlayacaq

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi "Reuters" agentliyinə Suriyadakı vəziyyətlə bağlı açıqlama verib.

Nazirlik rəsmisi vurğulayıb ki, ABŞ Suriyada Türkiyəyə kəşfiyyat və hərbi təchizat dəstəyi verəcək.

"Bunları necə edəcəyimiz üzərində işləyirik. Yaxın günlərdə hər iki dövlət açıqlama verəcək bu barədə", - deyə Nazirlik rəsmisi diqqətə çatdırıb.

O, qeyd edib ki, ABŞ Türkiyəni müttəfiqi olaraq görür və bu istiqamətdə dəstəyini davam etdirməyə hazırdır.

Mənbə: Welayet.com

Mənbə: eastnews.org