Ərdoğan: “İdlibdə şəhidlərin sayı 36-ya çatdı”

Ərdoğan: “İdlibdə şəhidlərin sayı 36-ya çatdı”

Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 36-ya çatıb.Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan millət vəkilləri ilə görüşü zamanı bildirib.

“Şəhid olan hər bir övladımızın acısı ürəyimizə dağ çəkir. İdlib əməliyyatında şəhidlərimizin sayı artıq 36-ya çatıb. 20 günlük əməliyyat zamanı həlak olan şəhid ailələrinə, öz və millətim adından baş sağlığı diləyirəm" – deyə, Ərdoğan bildirib.

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com