Köçəryana qarşı həmlə: Paşinyan aksiya təşkil edir

Köçəryana qarşı həmlə: Paşinyan aksiya təşkil edir

Ermənistan hakimiyyəti martın 1-də İrəvanda Azadlıq meydanında yürüş təşkil edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində paylaşıb. Məlumata görə, yürüş 2008-ci ilin 1 mart aksiyalarının qurbanlarını anmaq üçün keçiriləcək.

Qeyd edək ki, 2008-ci ilin 1 martında Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının keçirdiyi mitinq Robert Köçəryanın rəhbərlik etdiyi hakimiyyət tərəfindən amansız şəkildə dağıdılıb. Nəticədə 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

Mənbə: axar.az