Erməni deputat: “Niyə xainlərin adlarını vermir? Vermir ki, “tez tut” deməyəsən”

Erməni deputat: “Niyə xainlərin adlarını vermir? Vermir ki, “tez tut” deməyəsən”

“Paşinyanın oğurlanmış pulların geri qaytarılması ilə bağlı açıqlamaları dəyişməlidir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Sergey Baqratyan deyib.

O qeyd edib ki, bu açıqlamalara siyasi alt mətn vermək lazım deyil, çünki hər şey çox sadədir.

“Vətəndaş Baş nazirə sual verir ki, əgər talançılar varsa, niyə tutmursan? Baş nazir də cavab verir ki, bunun səbəbi yuxarı halqalarda olan xainlərdir. Niyə xainlərin adlarını vermirlər? Vermir ki, “tez tut” deməyəsən”, - deyə Baqratyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az