ABŞ-Taliban anlaşmasının detalları açıqlanıb, əcnəbi qüvvələr 14 aya ölkədən çıxacaq

ABŞ-Taliban anlaşmasının detalları açıqlanıb, əcnəbi qüvvələr 14 aya ölkədən çıxacaq

ABŞ-la Talibanın bu gün Dohada imzalanması nəzərdə tutulan sülh sazişinin bəzi detalları açıqlanıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu gün Dohada ABŞ-la Taliban arasında sazişin imzalanmasından öncə rəsmi Vaşinqton və Əfqanıstan hökuməti bəyanat veriblər.

Bəyanata əsasən, Dohadakı sazişə əsasən ABŞ qüvvələri 135 gün ərzində qüvvələrinin sayını 8600-ə endirəcək.

On dörd ay ərzində isə bütün əcnəbi qüvvələr ölkəni tərk edəcək.

Qeyd edək ki, Talibanla ABŞ arasında əldə edilən bu sülh anlaşmasına əsasən tərəflər hücumları dayandıracaq, əsir və məhbusların mübadiləsini həyata keçiriləcək, əcnəbi qüvvələr Əfqanıstandan çıxacaq, ölkə ərazisi digər ölkələrə hücumda istifadə edilməyəcək və Əfqanıstandaxili sülh müzakirələri start götürəcək.

Mənbə: www.interaztv.com