Əhməd bəy Ağaoğluna həsr olunmuş sərgi keçirilib

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının imzaladığı sərəncama əsasən 8 noyabr 2019-cu il tarixində Azərbaycan İstiqlal Muzeyi tərəfindən silsilə tədbirlərə start verilib.

Azvision.az xəbər verir ki,ilk olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində Əhməd bəy Ağaoğluna həsr olunmuş sərgi təşkil edilib. Sərgi haqqında muzeyin direktor müavini Sədi Mirseyibli hərbiçilərə məlumat verib. Əhməd bəy Ağaoğlu haqqında hazırlanmış məlumat vərəqələri paylanıb.

Sonda hərbiçilər üçün hazırlanmış xüsusi musiqili bədii hissə nümayiş etdirilib.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İngiltərədə güclü yağışlar

SONRAKI XƏBƏR

Fastfud həvəskarı Zelenski “McDonald's”da - VİDEO