Daunlu uşaqlardan Bayraq Günü fləşmobu - Video

Daunlu uşaqlardan Bayraq Günü fləşmobu - Video

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş fləşmob keçirib.

Kult.az xəbər verir ki, Gənclik Mall AVM-də baş tutan fləşmobda daun sindromlu və serebral iflicli uşaqlar çıxış ediblər.

İzdihamın toplaşdığı mərkəzi hissədə daun sindromlu və serebral iflicli uşaqlar “Azərbaycan” mahnısının sədaları altında əllərində bayraqlar, əyinlərində milli geyimlərlə rəqs etməyə başlayıblar. Fləşmob ətrafdakı insanların böyük marağına səbəb olub.

Fleşmobun keçirilməsində məqsəd milli atributlarımıza sevginin, milli özünüdərkin uşaqlara aşılanmasının əhəmiyyətini daun sindromlu və serebral iflicli uşaqların vasitəsilə çatdırmaqdır.

 

Mənbə: axar.az