Azərbaycan millisi Slovakiya yığması ilə oyun üçün Bratislavaya yollanıb - FOTO

Azərbaycan millisi Slovakiya yığması ilə oyun üçün Bratislavaya yollanıb - FOTO

UEFA AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq Azərbaycan millisi Bratislavaya yollanıb.

"Report" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv çarter reysli təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Yığmanı 3 saatlıq uçuş gözləyir.

Milli ilə birgə səfərə gedənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmi şəxslər də var.

Qeyd edək ki, Slovakiya və Azərbaycan yığmaları arasında keçiriləcək qarşılaşma noyabrın 19-da Trnava şəhərindəki Anton Malatinski stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mənbə: report.az