Prezidentin mənzil bağışladığı Xalq artisti Ağaxan Salmanlının evində toy-düyündür- FOTO

Prezidentin mənzil bağışladığı Xalq artisti Ağaxan Salmanlının evində toy-düyündür- FOTO

Gənc Tamaşaçılar Teatrının görkəmli aktyoru, Xalq artisti Ağaxan Salmanlının evində toy-düyündür.

Bu barədə Open.az-a özəl məlumat verən Əməkdar artist İlham Əsədov bildirib ki, Prezident İlham Əliyevin Xalq artisti Ağaxan Salmanlıya hədiyyə etdiyi mənzilin təmiri bu gün başa çatıb.

Təmir edilən gözəl mənzildə ilk dəfə xeyir iş olub. Belə ki, bu gün Ağaxan Salmanlının ilk nəvəsi Ləmanın nişan mərasimi baş tutub.

Qeyd edək ki, Ağaxan Salmanlının sevimli nəvəsi olan Ləman Salmanlı Rəssamlıq Akademiyasının magistraturasında təhsil alır. Babası ilə çiyin-çiyinə çalışıb, bir neçə tamaşanın rəssamı olan Ləman Salmanlı xüsusi istedadı və bacarığı ilə seçiilən gənclərimizdəndir.

Xatırladaq ki, Ağağan Salmanlı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı sənətkarıdır.

Gənc Tamaşaçılar Teatrının kollektivi, Azərbaycan Teatrına 55 ildən çox xidmət göstərmiş Xalq artisti Ağaxan Salmanlını ürəkdən təbrik edib, ona yeni evində can sağlığı, toy-düyün arzulayıb.

Ülviyyə Həsənqızı

Xalq artisti Ağaxan Salmanlının evində toy-düyündür

 

Xalq artisti Ağaxan Salmanlının evində toy-düyündür

Xalq artisti Ağaxan Salmanlının evində toy-düyündür

Xalq artisti Ağaxan Salmanlının yeni evində toy-düyündür- Nəvəsi nişanlandı

Mənbə: open.az