“Kəlbəcər yolu qardan təmizlənir...-  Gorus-Laçın-Xankəndi yolu açıqdır...”

“Kəlbəcər yolu qardan təmizlənir...-  Gorus-Laçın-Xankəndi yolu açıqdır...”

Bəs biz doğma yurdlarımızın yollarını işğalçı, separatçı ermənilərdən haçan təmizləyəcəyik?..

Ermənistandan Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna gələn Zod-Kəlbəcər yolu qardan təmizlənir.

Moderator.az xəbər verir ki, bu məlumatı erməni nəşrləri hava və yolların vəziyyəti ilə bağlı məlumatda yayıb.

Məlumatda bildirilir ki, Gorus-Laçın-Şuşa-Xankəndi yolu açıqdır. Yəni buz bağlamayıb, rahat gedib-gəlmək olar...

P.S. Nə yazıqlar ki, biz 27-28 ildir ki, istər əlverişli, istərsə də dumanlı, çiskinli, qarlı-buzlu şaxtalı havada doğma torpaqlarımızın yollarından keçib ata-baba yurdlarımıza çata bilmirik. Bəs Kəlbəcər, Laçın, Şuşa, Xankəndi yolu işğalçı, separatçı ermənilərdən nə vaxt təmizlənəcək?..

Sultan Laçın

Mənbə: moderator.az