Kolumbiyada yük maşını ilə mikroavtobus toqquşub, 3 ölü, 7 yaralı var

Kolumbiyada yük maşını ilə mikroavtobus toqquşub, 3 ölü, 7 yaralı var

Kolumbiyada mikroavtobusun iştirakı ilə baş verən avtoqəza nəticəsində azı 3 nəfər ölüb, daha yeddi nəfər yaralanıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə Barrankabarmeha və Bukaramanqa şəhərlərini birləşdirən magistral yolda baş verib. Yük maşınının sürücüsü idarəetməni itirib və avtomobili mikroavtobusa çırpıb. Nəticədə mikroavtobus magistral yoldan çıxaraq dərəyə düşüb. Üç sərnişin qəzanın qurbanı olub, daha 7 nəfər yaralanıb.

İlkin versiyaya görə, qəzaya səbəb sürət həddinin aşılmasıdır.

Mənbə: apa.az