Finlandiyada yaşayan həmyerlimiz cüdo üzrə ölkə çempionatında gümüş medal qazanıb

Finlandiyada yaşayan həmyerlimiz cüdo üzrə ölkə çempionatında gümüş medal qazanıb

Finlandiyanın paytaxtı Helsinkidə yaşayan 20 yaşlı həmyerlimiz Məhəmməd Məcidli cüdo üzrə Finlandiya çempionatında +81 kiloqram çəki dərəcəsində dörd qarşılaşmadan üçündə qalib gələrək gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, idman sahəsində böyük uğurlara imza atan həmyerlimiz cüdo ilə məşğul olduğu illər ərzində iki qızıl, iki gümüş və üç bürünc medal qazanıb.

Qeyd edək ki, Məhəmməd Məcidli 10 yaşından ailəsi ilə birgə Finlandiyada yaşayır və burada təhsil alıb. Hazırda Finlandiya “Azərbaycan Gənclər Birliyi” diaspor təşkilatının idarə heyətinin üzvüdür.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az