Politoloq: "Məkrli siyasətindən əl çəkməyən Ermənistan Azərbaycanın tərs silləsinə tab gətirə bilməyəcək"

Politoloq: "Məkrli siyasətindən əl çəkməyən Ermənistan Azərbaycanın tərs silləsinə tab gətirə bilməyəcək"

"Düşmənin növbəti təxribatı bir daha onu sübut edir ki, Ermənistan hakimiyyəti acizdir və bunun arxasında Ermənistan baş naziri Nikol Paşinyan dayanır".

Bu barədə Bakıxanov Bələdiyyəsinin Sədr Müavini, politoloq Orxan Daşdəmirli Buta.ws-ə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, məkrli siyasətindən əl çəkməyən Ermənistan Azərbaycanın tərs silləsinə tab gətirə bilməyəcək.

"Öz məkrli siyasətindən əl çəkməyən Ermənistan sentyabrın 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Bölmələrimizin cavab atəşi ilə düşmən yerinə otuzdurulub və məkrli siyasəti növbəti dəfə iflasa uğrayıb. Düşmənin növbəti təxribatı bir daha onu sübut edir ki, Ermənistan hakimiyyəti acizdir və bunun arxasında Ermənistan baş naziri Nikol Paşinyan dayanır. Ermənistan dövləti bir daha anlamalıdır ki, Dağlıq Qarabağ onların arzuladığı məkan olmayacaq. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə ən qısa zamanda öz tarixi toraqlarını düşmən tapdağından azad edəcək", - deyə gənc politoloq bildirib.


O vurğulayıb ki, erməni xalqı yaxın zamanda Paşinyanı və onun komandasını ölkədə qovacaq.


"Rəsmi Yerevanın yarıtmaz və uğursuz siyasəti yürütdüyünü artıq erməni analitikləri və ekspertləri özləri də etiraf etməkdədirlər. Onlar Ermənistanın dövlət kimi faktiki olaraq təcrid vəziyyətinə düşdüyünü etiraf edirlər. Paşinyanın BBC “HARDTalk” verilişinin aparıcısı Stiven Sakurun suallarını cavablandırarkən nümayiş etdirdiyi savadsızlığı, naşılığı rəsmi Yerevanın yarıtmaz fəaliyyətinin daha bir bariz nümunəsidir. Məhz ona görə Paşinyanın bu müsahibəsi də erməni siyasətçiləri tərəfindən sərt tənqid olundu.

Artıq erməni xalqı da anlayır ki, Paşinyan və onun komandası ölkəsini uçuruma aparır. Məs buna görə də, onlar əzəli Azərbaycan toraqları olan Dağlıq Qarabağın sülh yolu ilə geri qaytarılmasını istəyirlər. Çünki onlar qüdrətli Azərbaycan Ordusunun qəzəbinlənməsindən çəkinirlər. Erməni xalqı anlayır ki, əgər Azərbaycan işğal altında olan toraqlarını azad etmək uğrunda hərbi əməliyyatlara başlayarsa o zaman Ermənistan ordusu çox ciddi itkilərlə qısa zamanda məğlub olub geri çəkiləcəklər. Məs buna görə də onlar, Paşinyan və onun yarıtmaz komandasının istefasını tələb edirlər.

Nikol hakimiyyətə gələndən bu günə kimi Ermənistanın inkişafı üçün heç bir addım atmayıb. İndiyə kimi populist bəyanatlar səsləndirməklə işini bitmiş hesab edən erməni baş nazir üçün etimad limiti tamamilə tükənib. Ermənistanda hakimiyyət böhranının dərinləşməsi məs onun yürütdüyü naşı siyasətin nəticəsidir. O, ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir", - deyə O. Daşdəmirli qeyd edib.

 

Mehriban Xəlilli

Mənbə: buta.ws