Bakıda icra hakimiyyətləri ləğv edilir? - AÇIQLAMA

Son dövrlər müzakirə olunan məsələlərdən biri icra hakimiyyətlərinin ləğv edilməsi məsələsidir. Digər məsələ isə Bakıdakı rayonların birləşdirilərək vahid mərkəzdən idarəedilməsidir.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllərdə cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub.

Ən real təşəbbüslərdən biri, cənab prezident tərəfindən səsləndirimiş, Bakının mərkəzi rayonunun yaradılmasıdır.

Düşünürəm ki, Səbail, Nəsimi, Yasamal, Nərimanov və qismən Xətai rayonlarının mərkəzi hissələrinin yeni sərhədlərini müəyyənləşdirməklə "Mərkəzi rayonu formalaşdırmaq mümkündür.

Bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə, burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar".

Deputat qeyd edib ki, kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun hesab edirəm:

"Təbii ki, bu da mərhələli şəkildə həyata keçirilməlidir. Yerli özünü idarəetmə orqanlarını müasir standartlara uyğun inkişaf etdirə biləcək peşəkar bələdiyyə kadrlarının hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarında struktur islahatları davam etdirilməsi zamanın tələbidir".

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Gələcək polislər yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə başlayıblar

SONRAKI XƏBƏR

Politoloq: "Məkrli siyasətindən əl çəkməyən Ermənistan Azərbaycanın tərs silləsinə tab gətirə bilməyəcək"