Bakı, 16 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçirilmiş test imtahanında qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfəri (44,2 faiz) müvəffəqiyyət qazanıb. Qeydiyyatdan keçmiş 730 kişidən 283 nəfər (38,8 faiz), 687 qadından isə 343 nəfər (49,9 faiz) uğur əldə edib.
Mənbə: azertag.az