Azərbaycanlı xəstələr üçün yeni marşrut: İranı Rusiya əvəz edir?

Azərbaycanlı xəstələr üçün yeni marşrut: İranı Rusiya əvəz edir?

Rusiya Səhiyyə Nazirliyi ölkə xəstəxanalarından müalicə alan əcnəbilərlə bağlı statistikanı açıqlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu ilin ilk 8 ayında Rusiyada 1,2 milyon xarici ölkə vətəndaşı müalicə alıb. Onlar arasında çoxluğu Özbəkistan, Qazaxıstan, Azərbaycan və Tacikistan vətəndaşları tutur. Bu 4 postsovet ölkəsinin vətəndaşları müalicə alan əcnəbilərin 60%-dən çoxunu təşkil ediblər.

Siyahıda Azərbaycan vətəndaşlarının əcnəbilər arasında 3-cü yerdə cəmləşməsi yüzminlərlə azərbaycanlının müalicə üçün Rusiyaya üz tutmasından xəbər verir. Ekspertlərin fikrincə, xüsusən, keçmiş Sovet respublikalarının sakinlərinin müalicə üçün Rusiyaya getməsi yüksəsk tibbi xidmət, münasibt qiymət və ərazi yaxınlığı ilə əlaqəlidir.

 

Mənbə: modern.az