Dünyada daha dağıdıcı bir pandemiya gözlənilir – XƏBƏRDARLIQ

Dünyada daha dağıdıcı bir pandemiya gözlənilir – XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı tərəfindən yaradılan Qlobal Hazırlıq Monitorinq Şurası (GMA), bəşəriyyətin daha dağıdıcı bir pandemiya ilə qarşılaşacağını söyləyib.

Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, qeyd edilir ki, COVID-19-un yayılmasını məhdudlaşdırmaq üçün göstərilən səylərə, yaxınlaşan qlobal hücumlara dair xəbərdarlıqlara baxmayaraq cəmiyyətin bu cür fəlakətlərə hazır olmamasını göstərir.

Təşkilatın hesabatına görə, ölkələrin koronavirusla mübarizədə səhvlərindən dərs ala bilməməsi, bütün lazımi mənbələrdən istifadə etməməsi və dünya birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi, qarşıdan gələn pandemiyanın iqtisadiyyat üçün daha ölümcül və dağıdıcı olacağı deməkdir.

Qlobal Hazırlıq Monitorinq Şurası bir il əvvəl pandemiya üçün zəif hazırlıq barədə xəbərdarlıq edib, lakin kritik bir vəziyyətin qarşısını almaq üçün heç bir tədbir görülməyib.

Mənbə: lent.az