MDTF-nın elan etdiyi “Tarixin şahidləri” müsabiqəsinin qalibləri müəyyən olunub FOTOLAR

MDTF-nın elan etdiyi “Tarixin şahidləri” müsabiqəsinin qalibləri müəyyən olunub FOTOLAR

Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim, xüsusilə də az bilinən tarixi-dini abidələrin geniş auditoriya kütləsinə çatdırılması, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi və təbliği məqsədilə iyulun 6-da elan edilən “Tarixin şahidləri” müsabiqəsinə müraciətlərin qəbulu 7 sentyabr tarixində başa çatıb. SİA-nın verdiyi məlumata görə, yazı, foto və video formatında təqdim olunan biri-birindən maraqlı materialların qiymətləndirilməsi aşağıda adları qeyd edilən komissiya üzvləri tərəfindən həyata keçirilib:

1) Səyyad Salahlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri namizədi.

2) Nigar Gözəlova - AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.

3) Ziyadxan Əliyev - Sənətşünas, əməkdar incəsənət xadimi.

Qalibləri təqdim edirik:

1-ci yer - Məmmədov Kənan Həmzə oğlu. Əmircan qəsəbəsi Nizaməddin məscidi (video).

2-ci yer - Muradlı Şamil Sahib oğlu. Şəmkir rayonu İrmaclı alban məbədi (video).

2-ci yer - Namazlı Fariz Fazil oğlu. Tovuz rayonu Yanıqlı məscidi (video).

3-cü yer – Nəcəfzadə Qəşəm Mirzə oğlu. Cəbrayıl rayonu Hacı Qaraman ziyarətgahı (yazı).

3-cü yer - İbrahim Səfər Babaş oğlu. Qobustan şəhər mağaraları (video).

3-cü yer - Quliyev Tacəddin Asif oğlu. Gədəbəy rayonu “Həmşivəng” məbədi (video).

Həvəsləndirici yer - İbrahimova İlahə Vaqif qızı. Hacıqabul rayonu Pir Hüseyn Xənagahı (foto).

Həvəsləndirici yer - Hüseynzadə Orxan Səlim oğlu. Zaqatala rayonu Cüdüllü binə məbədi (video).

Həvəsləndirici yer - Muradov Xəzri. İsmayıllı rayonu Cavanşir qalası (video).

Həvəsləndirici yer - Eyvazov Şöhrət Qulam oğlu. Füzuli rayonu Babı Xənagahı (video).

Həvəsləndirici yer - Urfansoy Taleh Vüqar oğlu. Şəki şəhəri Gödək Minarə (video).

Nəzərinizə çatdırırıq ki, müsabiqədə yer tutmayan digər iştirakçılar müsabiqəyə göstərdikləri diqqət və çəkdikləri zəhmət nəzərə alınaraq Fondun hədiyyələri ilə mükafatlandırılacaq.

Mənbə: sia.az