"Metsamor" AES-in istismar müddəti uzadılır - 5 ölkə üçün təhlükə var - VİDEO

"Metsamor" AES-in istismar müddəti uzadılır - 5 ölkə üçün təhlükə var - VİDEO

Bölgə üçün böyük təhlükə mənbəyi olan "Metsamor" Atom Elektirk Stansiyasının istismar müddətinin uzadılması hədəflənir. Bu barədə Ermənistan mətbuatında məlumat verilib.

Məlumata görə, Rusiya tərəfi ilə aparılan danışıqlara əsasən stansiyanın ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzaldılması planlaşdırılır.

Mütəxəssislər isə təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorlarının fəlakətə səbəb ola biləcəyini bildirir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin sədri Adil Qəribov hesab edir ki, sözügedən stansiyanı yenidən bərpa etməklə ömrünü uzatmaq qeyri-mümkündür və üstəlik bu obyekt indi də bölgə üçün olduqca təhlükəlidir.

Adil Qəribovun sözlərinə görə, həmin ərazidə güclü zəlzələ baş verəcəyi təqdirdə faciə qazılmaz olacaq. Qəza baş verəcəyi halda isə bundan Azərbaycan, Türkiyə, Rusiyanın bir hissəsi, Gürüstan və İran böyük zərər görəcək. Üstəlik, 1976-cı ildə tikilən stansiya 11 ballıq zəlzələ riski olan zonada yerləşir və 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir.

Mütəxəssisin fikrincə, Rusiyanın bu obyektə maliyyə ayıracağı inandırıcı görünmür. Çünki baş verə biləcək mümkün qəza Rusiyanın da imicinə böyük zərbə vura bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sonxeber.az
 

Mənbə: sonxeber.az