Milli parka atılan zibillər sahiblərinin evinə göndəriləcək

Milli parka atılan zibillər sahiblərinin evinə göndəriləcək

Taylandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bu məsələdə park rəhbərliyinə polislər də yardım edəcək. Ünvanları müəyyən edilən şəxslərə atdıqları zibil karqo vasitəsilə geri göndəriləcək.

Göndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.

Mənbə: www.oxu.az