Britaniyada özünütəcrid qaydalarına əməl etməyənlər 10 min funt sterlinq məbləğində cərimə olunacaqlar

Britaniyada özünütəcrid qaydalarına əməl etməyənlər 10 min funt sterlinq məbləğində cərimə olunacaqlar

London, 20 sentyabr, AZƏRTAC

Böyük Britaniyada yeni qanuna əsasən sentyabrın 28-dən etibarən koronavirus testinin nəticələri müsbət çıxan və ya virusa yoluxmuş şəxslərlə əlaqədə olan insanlar özünütəcrid qaydalarına əməl etmədikdə 10 min funt sterlinq məbləğində cərimə olunacaqlar.

Ölkədə virusa yoluxmada artım baş verdikdən sonra qaydalar yenidən sərtləşdirilib. Virusa yoluxanlar arasında 35 yaşından aşağı olan şəxslər çoxluq təşkil etməyə başlayıb.

Son sutka ərzində Böyük Britaniyada 4422 nəfər koronavirusa yoluxub, onlardan 27 nəfər həyatını itirib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

AZERTAG.AZ :Britaniyada özünütəcrid qaydalarına əməl etməyənlər 10 min funt sterlinq məbləğində cərimə olunacaqlar

Mənbə: azertag.az