Ermənistan yeni müharibəyə hazırlaşır - Yeni ərazilər tutmağı hədəfləyən düşmən cəzasını alacaq

Ermənistan yeni müharibəyə hazırlaşır - Yeni ərazilər tutmağı hədəfləyən düşmən cəzasını alacaq

Ermənistan odla oynayır. Təcavüzkar ölkənin yeni rəhbərliyi danışıqlardan imtina edir və Azərbaycanı yeni müharibəyə sürükləyir. Ölkəmiz və qüdrətli ordumuzun istənilən ssenariyə hazırlıqdır. Dünən ölkə başçısı yerli teleziya kanalarrına verdiyi müsahibədə kəşfiyyat məlumatlarına əsasən ermənilərin yeni planlkarınıə işfa etdi. Ali Baş Komandan növbədi dəfə Ermənistana xəbərdarlıq etdi. Əgər bu planlarından əl çəkməsələr onlar üçün nəticə çox ağır olacaq.

Ermənistanın aqressiv dövlətdir və işğalçı dövlət yeni müharibəyə hazırlaşır. Bu sözləri prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli telekanallarına müsahibəsində qeyd etdi.Ölkə başçısı bildirdi ki,Ermənistanın yeni böyük müharibəyə hazırlaşması ilə bağlı bizdə operativ məlumat var.Amma buna baxmayaraq düşmənin bütün hərəkətləri izlənilir və Tovuz hadisələrində olduğu kimi bütün başqa istiqamətlərdə də Azərbaycan özünü müdafiə edəcək.

Prezident İlham Əliyev:

Onlar yeni böyük müharibəyə hazırlaşır bizdə operativ məlumat var kəşfiyyat məlumatı var bilirik ətrafımızda nə baş verir bizim xüsusi xidmət orqanları çox həddən artıq səmərəli işləyirlər bu qədər deyə bilərəm bundan artıq deyə bilmərəm ona görə öz mütəffqilərini bu işlərə cəlb etmək zondaj aparırlar Okdp bəyanat vermədi şərh verdi gördülər səyləri puça çıxır çəkildilər kənara əfsanələr uydurular böyük qələbə qazanacaqlar bu birdaha onu göstərir Ermənistan aqressiv dövlətdir onların Azərbaycana qarşı olan nifrəti çirkin siaysətdə özünü göstərir birdə demək xəbərdarlıq etmək istəyirəm çirkin planlarından əl çəkməsələr onlar üçün çox nəticə ağır olacaq onlar yeni müharibəyə hazırlaşır təmas xəttinə yaxın qüvvələrinin konsentrasiyası baş verir biz hər şeyi görür izləyirik əlbəttə özümü müdafiə edəcəyik

:Ölkə başçısının bu fikirləri ilə bağlı məsələyə münasibət bildirən hərbi ekspert Abuzər Əbilov deyir ki, heç bir halda Ermənistan Azərbaycanla hədə dili ilə danışa bilməz.Bu hədənin qarşısını hər zaman olduğu kimi Azərbaycan ordusu qətiyyətlə alacaq.

Abuzər Əbilov - hərbi ekspert

Ermənistan dövlətinə zaman zaman mesajlar göndərilib.lakin Ermənistan bu mesajlardan nəticə çıxarmadı.Erməni mənsublarının həyasızlığı nəticəsində hələ də Azərbaycana hansısa şərtlər qoymaq hansısa basqı etmək fikrindədirlər hansısa siyasi oyun oynamaq fikrindədilər .lakin əfsusları olsun onlar zaman və məkanı geopolitik vəziyyəti unudurlar yəni bu vəziyyət onların xeyrinə deyil və olmayacaq çox yaxın günlərdə azərbaycan ordusu Qarabağda öz sözün deyəcək belə pravakasiyon mesajlar tarixin qara səhifəsinə yazılacaq

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev isə bildirir ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir. Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır. Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavabların olduğunu deyən Tural Gəncəliyev Ermənistanın yeni hücum planları üzərində işlədiyi, yeni ərazilər tutmağı hədəflədiyini bildirdi.

Tural Gəncəliyev - Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri

Beynəxlaq təşkilatların laqeyd münasibəti fonunda cəzasızlıqdan ruhlanaraq yeni ərazilərimiz işğal etmək üçün yeni planlar üzərində işləyirlər hətta Ermənistana terror quruplarının gətirilməsi işğal ərazisinə ötürülməsi birdaha sübut edir Ermənistan hərbi təcavüz əl çəkməyib. Bizim yalnız dövlət xalq olaraq bir tələbəmiz var işğalçıları bizim torpaqdan çıxarılmalıdır 100 minlərlə azərbaycanlı öz torpaqlarına geri dönməlidir burda 2-ci şərtdən söhbət gedə bilməz

Bütün bu planlardan Azərbaycanının xəbərdar olduğunu, təxribata əl atacağı təqdirdə cəzalandırlacağını bildirən dövlət başçısı bir daha açıq-aydın mesaj verdi: Bəli, artıq seçim Ermənistanın öz əlindədir. Ya sülh yoluyla torpaqlar geri qaytarılacaq, ya da təcavüzkarın gələcək aqibəti ilə hər kəs barışmalı olacaq.

atv.az

Mənbə: www.atv.az