Neftçi peşəsi - Fədakarlıq və tərəqqinin təcəssümü

Neftçi peşəsi - Fədakarlıq və tərəqqinin təcəssümü

Azərbaycanda neftçi peşəsi zəhmətin, fədakarlığın və tərəqqini təcəssüm etdirir. Məhz bu cür olmasının uzun illərə dayanan tarixi, siyasi-iqtisadi səbəbləri var. Ən böyük səbəblərdən biri də dövlət siyasəti ilə bağlıdır.

Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəlidir... onların əməyi əsl qəhrəmanlıqdır. Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində bildirib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq.

Prezident İlham Əliyev:

Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm. Əfsanəvi Neftçi Qurban - Qurban Abbasov, bax bu nəhəng kran gəmisi onun adını daşıyır. Onunla birlikdə işləmişəm. O, çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli adam idi. Belə adamla, sadəcə, təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir.

Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirir ki, neftçilərin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir.

Sadiq Qurbanov - millət vəkili

Keçən 26 il ərzində Azərbaycan iqtisadiyyatı da məhz neft faktoru sayəsində öz inkişaf yolunu keçmişdi.Təkcə onu deyə bilərik ki, 1993-cü ildə adambaşına düşən ümumdaxili məhsul 180 manat idisə, artıq 2019-cu ilin məlumatına görə, 8300 manata qədər qalxmışdı.Ümumidaxili məhsul bu illər ərzində 45 faiz dəfə artmışdlı. Azərbaycanda bu gün yoxulluğun səviyyəsi 2003-cü illə müqayisədə o vaxtı 49 faiz yoxsul əhali var idisə bu gün 5 faizdən aşağıdır.

Ölkə başçısı sözügedən müsahibəsində xüsusiləvurğuladı ki, neft bizim üçün məqsəd yox, bir vasitəsidir. Bu mənada neftçilərin sağlamlıq durumu, ətraf mühitin mühafizəsi amili prioritet təşkil edir. Bu gün Azərbaycanda ekoloji tarazlığın təmin edilməsi, vaxtilə neftin intensiv istismarı nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi məsələlərinə böyük əhəmiyyət verilir. Bibiheybət buxtası, Balaxanı, əvvəllər Qara şəhər adlandırılan Ağ Şəhər vaxtılə ekoloji fəlakətin girdabında olsalar da, bu gün şəhərimizin ən gözəl və bəyənilən yerləri sırasındadır.

İslam Mustafayev - ekoloq

İndi şəhərimizin ən gözəl yerlərindən keçmişdə Qara şəhər adlandırılmşdı.İndi Ağ şəhər yerləşir.Xətai rayonu dənəz kənarı sahə əhalinin istirahət mərkəzinə çevrilmişdi. Bu cür ərazilərin sahəsi çox böyükdü Abşeron yarmadasında.Bu da insanların həyat şəraitinin yaxşılaşmasına, sağlam şəraitdə yaşamasına imkan yaradır.

Abadlaşan ərazilərimiz arasında Sumqayıtı xüsusi qeyd etmək lazımdır. Vaxtilə ekoloji fəlakət zonası olan Sumqayıt indi daha çox kurort şəhərini xatırladır. Sumqayıt şəhərində son illərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

atv.az

Mənbə: www.atv.az