Sumqayıtda bu restoranlar epidemiya əleyhinə rejimi pozdu

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Xeberle.com xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Sumqayıt şəhərində "Zirvə restoranı”nda, "Gəmiqaya restoranı”nda, "Tamet istehsalı sexi”ndə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

“Livepul” “Çelsi”ni iki cavabsız qolla məğlub etdi

SONRAKI XƏBƏR

Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qaldı