İxtisas seçimi edənlərdən 25 000-i müsabiqədən kənarda qalacaq

İxtisas seçimi edənlərdən  25 000-i müsabiqədən kənarda qalacaq

2020/2021-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulla bağlı statistik məlumatlar açıqlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi məlumat verib. O bildirib ki, I ixtisas qrupu üzrə ayrılmış plan yerləri: 14149-dur.

"Müsabiqəyə qatılaraq ixtisas seçimi edən namizədlər 18309 nəfər. II ixtisas qrupu üzrə ayrılmış plan yerləri: 12883. Müsabiqəyə qatılaraq ixtisas seçimi edən namizədlər 12244 nəfər. III ixtisas qrupu üzrə ayrılmış plan yerləri: 11184. Müsabiqəyə qatılaraq ixtisas seçimi edən namizədlər 17704 nəfər. IV ixtisas qrupu üzrə ayrılmış plan yerləri: 3705. Müsabiqəyə qatılaraq ixtisas seçimi edən namizədlər 4557 nəfər. V ixtisas qrupu üzrə ayrılmış plan yerləri: 3594. Müsabiqəyə qatılaraq ixtisas seçimi edən namizədlər 19844 nəfərdir".

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 4160 nəfər plan yerindən kənarda qalır:

"Bunun üzərinə düzgün ixtisas seçimi aparmayanları da nəzərə alsaq, o zaman təxminən 5000 nəfər müsabiqədən kənarda qalacaq. II ixtisas qrupu üzrə 639 plan yeri boş qalır. Bunun üzərinə də düzgün seçim etməyənləri nəzərə alsaq, təxminən 1000 plan yeri boş qalacaq. III ixtisas qrupu üzrə 6520 nəfər plan yerindən kənarda qalır. Bunun üzərinə düzgün ixtisas seçimi aparmayanları da nəzərə alsaq, o zaman təxminən 7000 nəfər müsabiqədən kənarda qalacaq. IV ixtisas qrupu üzrə 852 nəfər plan yerindən kənarda qalır. Bunun üzərinə düzgün ixtisas seçimi aparmayanları da nəzərə alsaq, o zaman təxminən 1000 nəfər müsabiqədən kənarda qalacaq. V ixtisas qrupu üzrə 16250 nəfər plan yerindən kənarda qalır. Bunun üzərinə düzgün ixtisas seçimi aparmayanları da nəzərə alsaq, o zaman təxminən 16500 nəfər müsabiqədən kənarda qalacaq. Ümumilikdə müsabiqəyə qatılaraq ixtisas seçimlərini təsdiq etmiş 66454 nəfərdən təxminən 25000 nəfərdən çoxu müsabiqədən kənarda qalacaq. Başqa sözlə ifadə etsək, kəsiləcək".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info