“Jurnalistikamız bütün qüvvə və qüdrətini düşmənlə müharibəyə sərf etməlidir”

“Jurnalistikamız bütün qüvvə və qüdrətini düşmənlə müharibəyə sərf etməlidir”

Cahangir Məmmədli: “Vətənə, səngərdəki əsgərə, prezidentə sevgi mediada öz geniş əksini tapmalıdır”

Məlum olduğu kimi, sonaylar Ermənistanın ölkəmizə yönəlik təxribatları artmaqdadır. Həm ali başkomandan, həm də müdafiə nazirinin açıqlamalarından da bəlli olur ki, Ermənistanişğalçılıq siyasətindən əl çəkmək əvəzinə yeni təxribatlara hazırlaşır.

 

Maraqlıdır, bəs düşmənininformasiya müstəvisində, media məkanında yeni təxribatlar törətmək ehtimalı nədərəcədə yüksəkdir? Səngərdə olduğu kimi, informasiya məkanında da düşmən təxribatlarınahazır olmalıyıqmı?

 

Moderator.az-aaçıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasınınmüdiri, professor Cahangir Məmmədli bu sahədə aktivliyi artırmağın vacibliyinə diqqət çəkdi:

 

“Öncə onu qeyd edim ki, bəzənQərb jurnalistikasına inteqrasiya və s. kimi fikirlər səslənir. Bildirirlər ki,bizə ideologiya, təbliğat lazım deyil və s. bunların hamısı səhvdir. Çünki Azərbaycanelə bir coğrafiyada yerləşir və onun qarşısında elə bir düşmən var ki,jurnalistika bütün qüvvəsini və qüdrətini o düşmənə qarşı ideoloji, təbliğatimübarizəyə sərf etməli, maarifçi müharibə aparmalıdır. Bu gün ən ciddi məsələinformasiya təhlükəsizliyidir.

Bizim ənənəvi mediamız –televiziyalarımız, qəzetlərimiz və s. bu sahədə müəyyən iş görürlər. Amma görülənbu işlər çox zəifdir. Bu dəqiqə bütün güc düşmənə qarşı mübarizəyə yönəlməlidir.Vətənpərvərlik, vətənə sevgi, Azərbaycana sevgisi, cəbhə xəttində növbə çəkən əsgərlərimizəsevgi, ordumuza sevgi, prezidentimizə sevgi mətbuatda öz geniş əksinitapmalıdır. Hansı ki, mən bu istiqamətdə görülən işləri o qədər də qənaətbəxşhesab etmirəm. Hesab edirəm ki, bu istiqamətdə daha ciddi addımlar atılmalı,görülən işlərin miqyas və keyfiyyəti artırılmalıdır”.

 

Seymur ƏLİYEV

 

 

Mənbə: moderator.az