Əmircan qəsəbəsi yeni görkəm alır - Tarix və müasirlik yeni formada təqdim olunacaq

Əmircan qəsəbəsi yeni görkəm alır - Tarix və müasirlik yeni formada təqdim olunacaq

Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı bu qəsəbədən keçməsi, böyük diplomat Abbasqulu ağa Bakıxanov və onun atası burda yaşaması və. s bu kimi faktları sadalamaqla bitirmək olmaz. Söhbət tarixi,qədimliyi ilə seçilən Əmircan qəsəbəsindən gedir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən paytaxtın digər qəsəbələrində olduğu kimi Əmircan qəsəbəsinə də tarixi qorumaqla tam müasir görkəm verilir.

Köhnədən Xilə adı ilə tanınan Əmircan qəsəbəsində bundan sonra tarixilik və müasirlik vəhdət təşkil edəcək. Bakıətrafı qəsəbələrdə aparılan yenidən qurma işlərindən Əmircan qəsəbəsi də kənarda qalmayıb.

Əhməd Məmmədov - müxbir

Görülən quruculuq işləri nəticəsində müasir görkəm alan Bibiheybət Balaxanı qəsəbəsindən sonra bu işlər Əmircandada yüksək templə aparılır.Qəsəbədə olan tarixi abidələr yenidən qurulur restavrasiya olunur eyni zamanda qəsəbədəki evlərin divarı suvanır və onlara yeni görkəm verilir. Görülən bu işlərin tək məqsədi var.bakıətrafı qəsəbələri turizm marşurutuna çevirməklə bura yerli və xarici turistlərin diqqətini cəlb etmək

Aparılan işlər çərçivəsində qəsəbədə 14-cü əsrə aid olan Nizaməddin məscidi, 4 su ovdanı, Bakı milyonçusu Murtuza Muxtarovun vəsaiti hesabına tikilən məscid, Binyətdilər məscidi və digər abidələr yenidən qurulur. Görülən işlərdən ən çox razı sakinlərdir.

Daş divar hər yerdə remont gedir abadlaşır parklar parkımız yox idi bax parkı düzəldirlər.yuxarıda Muxtarovun abidəsin qoydular day nə lazımdı. Turislər bura gəlsə əl çəkməzlər burdan hamsın göstəririk ayağım olmasa da göstərərəm gəlib görsünlər

Hər tərəfdə gözəl abadlıq işi gedir bu sözsüz bizi sevindirir tarixi abidələr həddən çoxdu onların tarixi gedir eradan qabağa çıxır 2.53 qərarın verilməsi sevindirici haldır Bakı kəındləri arasında maştağadan ən böyük kənd olub. Suraxanı zonası bunlar hamsı Əmircanın teritoriyası olub.

Qəsəbənin icra nümayəndəsi Əlixan Əliyev deyir ki, yaxın vaxtlarda Əmircanın bütün kommunikasiya xətləri yeniləcək. Bu işlərə paralel olaraq qəsəbənin qədim divarları çapılır,sonradan üzərinə kimyəvi məhlullar çəkilməklə tarixiliyi saxlanılır.

Əlixan Əliyev - icra nümayəndəsi

Suvaq olan divarda suvaq təmizlənir əgər qədim daşdısa qədimliyi üzə çıxır. Əsas yollar asfalt döşənəcək kanalizasiya su xəttindən sonra rabitə asfalt altında keçəndən sonra dalanlar qəmbər daşları ilə düzüləcək. Qrafik əsərlər çəkiləcək dibçək asılacaq divarlardan qəsəbə çox böyükdü bir xeyli vaxt çəkəcək

Qəsəbədə aparılan işlər zamanı park ərazisində,Nizaməddin məscidinə qədim qəbirstanlıq, kəhrizlər, və ən maraqlısı tarixi eradan əvvələrə söykənən saxsıdan ibarət kanalizasiya xətləri də aşkar olunub. Bütün bu tapıntılar isə zamanla Bakının qədim tarixinin bir hissəsinə çevriləcək.

atv.az

Mənbə: www.atv.az