Dövlətin 100 milyon manat xərclədiyi layihəni “Azərsu” bərbad etdi-FOTOFAKT

Dövlətin 100 milyon manat xərclədiyi layihəni “Azərsu” bərbad etdi-FOTOFAKT

Xırdalan 2006-cı ilin noyabr ayının 29-dan şəhər statusu alıb. Ancaq Xırdalan belə desək şəhərlə bağlı yalnız statusu alıb, şəhərlikdən isə əsər-əlamət yoxdur. Xırdalanın baş planı 2011-cü ildə hazırlanıb və 2030-ci ilə qədər nəzərdə tutulub. Şəhərin baş planı 2013-ci il aprelin 8-də təsdiqlənib. Qanuna görə şəhərin baş planı şəhər ictimaiyyətinə təqdim olunmalı, geniş müzakirəsi keçirilməlidir. Amma şəhərdə kimdən bu haqda soruşduqsa çiynini çəkdi, bununla bağlı məlumatının olmadığını dedi. Son illər Xırdalan demək olar ki, Bakı şəhərinə birləşib. Əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhəridir. Amma yollarının vəziyyəti heç dördüncü kənd səviyyəsində belə deyil…
2017-ci ildən etibarən “Azərsu” ASC Xırdalanda içməli su və kanalizasiya xəttini dəyişir. 3 il ərzində sakinlər qazılmış, dağıdılmış yollarda əziyyət çəkdilər. Nəhayət ilin əvvəlindən Xırdalanın yolları asfaltlanmağa başladı.
Ancaq “Azərsu” ASC dövlətin ayırdığı 100 milyondan çox vəsaiti necə və hara xərclədiyi indidən bəlli olur.
4-5 ay tamam olmayıb. Qəza-qəza dalınca. Köhnə bazarın yanındakı yol ayırıcı 3 gündür qazılıb. Yeni çəkilmiş xətlər bir-bir partlayır.

Texnikomun yanı tərəf də Suriyanı xatırladır. Hər tərəf səngər kimi qazılıb.

Bunun hesabını kim soracaq, “Azərsu” ASC-də cinayətkar,korrupsiyalaşmış şəbəkə nə vaxt qandallanacaq.

Mənbə: aktualxeber.az