100 ildən sonra ayılar Çernobıla qayıtdı

100 ildən sonra ayılar Çernobıla qayıtdı

Qəhvəyi ayılar 100 ildən sonra Çernobıl zonasında görünüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC Ukrayna nəşri yayıb.

Qeyd olunur ki, iri heyvanların geri qayıtması bu ərazilərdə insanların olmaması ilə əlaqəli ola bilər.

“Ərazidə insan azlığı səbəbindən ayılar bizə qayıtdı. Böyük ehtimalla bura Belarusdan gəlirlər. Hələ sayı haqda heç nə bilmirik. Ola bilər ki, onların bəziləri burada daimi yaşayır. Bu, yalnız başlanğıcdır. Yüz ilə yaxındır ki, burada ayı olmayıb”. Zona tədqiqatçısı Sergey Qaşçak belə deyib.

Mütəxəssislər hələ heyvanların dəqiq sayını bilmirlər. Ərazidə xeyli sayda vaşaq və canavar da görsənib. Canavarların da bura Belarusdan gəldiyi ehtimal olunur.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az